Vəsait tükənib: Azərbaycanda vəkillər ödəniş ala bilmirlər
"Vəkillər Kollegiyasının 2026-cı ildə dövlət hesabına hüquqi yardım üçün təqdim etdiyi 13.5 milyon manatlıq proqnozun 9 milyon manata salınması nəticəsində bu ilin sentyabr ayından vəsait tükənib və vəkillər ödəniş ala bilmirlər".
Gundelik.az xəbər verir ki, bu fikirləri deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, məsələnin həlli və hüquqi yardıma ayrılan vəsaitin artırılması yaxşı olar:
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
"Nəzərə alaq ki, əslində bu, bütövlükdə ciddi iqtisadi yük yaradan məbləğ deyil".
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.