Türk Dünyası Sığorta Birliyinin Baş katibinin adından saxta "WhatsApp" hesabı yaradılıb
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktorunun müşaviri, eyni zamanda Türk Dünyası Sığorta Birliyinin (TDSB) Baş katibi vəzifəsini icra edən Məmməd Ağayevin adından və fotosundan istifadə edilərək saxta "WhatsApp" hesabı yaradılıb.
Gundelik.az xəbər verir ki, Məmməd Ağayev bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxslər tərəfindən yaradılan saxta hesab vasitəsilə onun dostlarına zənglər edilir və hədə-qorxu məzmunlu mesajlar göndərilir.
M.Ağayev saxta hesabın onunla heç bir əlaqəsinin olmadığını vurğulayıb və yalnız bir telefon nömrəsindən istifadə etdiyini qeyd edib. O, dostlarından və həmkarlarından həmin nömrədən başqa digər nömrələrdən onun adından edilən zənglərə cavab verməməyi xahiş edib.