Şahzadə Harri və Meqan Marklın Britaniyaya tələsik qayıtmasının səbəbi açıqlandı

Şahzadə Harri və Meqan Marklın Britaniyaya tələsik qayıtmasının səbəbi açıqlandı

ABŞ mediasında Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl və övladları ilə birlikdə avqust ayında ölkəsinə tələsik qayıtmasının əsl səbəbi ilə bağlı iddia irəli sürülüb.

Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, "Page Six "nəşrinin məlumatına görə, kral III Çarlzın kiçik oğlu ABŞ vizasının müddətinin başa çatması və onun uzadılacağına dair zəmanətin olmaması səbəbindən ölkəni tərk etməyə məcbur olub.

İddialara əsasən, bu vəziyyət şahzadə Harrinin 2023-cü ildə nəşr olunan “Spare” (“Ehtiyat”) adlı memuarında gənclik illərində bir neçə növ narkotik maddədən istifadə etdiyini etiraf etməsi ilə əlaqələndirilir.

Bildirilir ki, Harri ABŞ-a giriş sənədlərini doldurarkən bu barədə məlumat verməyib. Bu isə ciddi qayda pozuntusu hesab edilə bilər.

Page Six nəşri şahzadənin hansı növ viza ilə ABŞ-da yaşadığının məlum olmadığını qeyd edib. Bununla belə, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı nəşrə açıqlamasında vizanın uzadılması ilə bağlı problemlərin ailənin Britaniyaya qayıtmasına səbəb ola biləcəyini bildirib.

Şahzadə Harrinin və həyat yoldaşı Meqan Marklın nümayəndələri isə bu iddianı Newsweek jurnalına açıqlamalarında təkzib ediblər.

Onların bəyanatında bildirilib: “Page Six nəşrinin onun vizası ilə bağlı məqaləsində yer alan məlumatlar tamamilə yanlışdır”.

Qeyd edək ki, avqustun sonunda şahzadə Harri və Meqan Marklın ailəsi ilə birlikdə Britaniyaya qayıtdığı bildirilmişdi. Onların şəxsi kənd malikanəsində məskunlaşdıqları və övladlarını Britaniya məktəbinə göndərdikləri iddia olunub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.