Rusiya ilə Avropa arasında münasibətlər yenidən canlana bilər – Proqnoz

Rusiya ilə Avropa arasında münasibətlər yenidən canlana bilər – Proqnoz

Rusiya Dövlət Dumasının sabiq deputatı, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Çepa Rusiya ilə Avropa arasında təmasların intensivləşəcəyini proqnozlaşdırıb. Ekspert bu ehtimalı Ukrayna ilə bağlı Əbu-Dabidə davam edən danışıqlar fonunda irəli sürüb.

Gundelik.az xəbər verir ki, bu barədə “Gazeta.Ru” məlumat yayıb.

Çepanın fikrincə, müəyyən müddətdən sonra avropalılar Rusiya ilə münasibətlərin bərpası istiqamətində fəallıqlarını artıra bilərlər.

“Lakin hələlik vəziyyət dəyişməyib. Biz bugünkü danışıqlara və onların nəyisə dəyişə biləcəyinə ümid edirik”, – deyə sabiq deputat bildirib.

Ekspert ehtimal edib ki, Ukrayna məsələsi ilə bağlı Avropa daxilində yaranan fikir ayrılıqları Rusiyaya münasibətdə əməkdaşlığın bərpası istəyinə təsir göstərə bilər.

Bundan əvvəl ABŞ-ın Avropaya təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsini müzakirə etmək çağırışı ilə təzyiq göstərdiyi barədə məlumat yayılmışdı.

Noyabrın 9-da isə Avropa diplomatlarının Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda Avropanın yeni təhlükəsizlik arxitekturasının müzakirəsinin qarşısını almağı planlaşdırdıqları məlum olub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.