Papa Fransiskə təsbeh atıldı: Papa XIV Lev üzündən zərbə aldı
Perunun paytaxtı Limada Roma Papası XIV Lev gözlənilməz hadisə ilə üzləşib. Kütlədən atılan təsbeh onun üzünə dəyib. Roma Papası XIV Lev Peruda səfəri çərçivəsində yekun messadan əvvəl papamobildə hərəkət edərkən üzündən zərbə alıb.
Gundelik.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Hadisə noyabrın 16-da Surko rayonunda yerləşən Las-Palmas aviabazasının ərazisində baş verib. Pontifik əsas qurbangaha doğru hərəkət edərkən toplaşanlardan birinin atdığı kiçik təsbeh onun üzünə dəyib.
Hadisənin videogörüntülərində XIV Levin dərhal əlini üzünə apardığı, daha sonra isə inanclıları salamlamasını davam etdirdiyi görünür.
Qeyd olunur ki, insident nə Papa kortejinin hərəkətinə, nə də dini mərasimin gedişinə təsir edib. "El País" qəzetinin Vatikanın rəsmi informasiya agentliyi Vatican News-a istinadən yaydığı məlumata görə, XIV Lev xəsarət almayıb.
Xatırladaq ki, Roma Papası XIV Lev ötən ilin mayında da fərqli görünüşü ilə diqqət çəkmişdi. Çikaqoda anadan olan Roma Katolik Kilsəsinin rəhbəri Leone a Roma adlı sənədli filmin çəkilişləri zamanı rahib geyimində və Nike markalı ağ idman ayaqqabılarında görüntülənmişdi.
Nuri
Gundelik.az