Pakistanda polislərə hücum edilib, 11 nəfər ölüb
Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva vilayətində polis əməkdaşlarına hücum edilib.
Gundelik.az-ın “Reuters“ə istinadən xəbərinə görə, hücum nəticəsində 11 polis ölüb, daha 12 nəfər isə xəsarət alıb.
Eyni zamanda, beş polis avtomobili yandırılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, hadisə qanunsuz qızıl çıxaranlara qarşı reyd keçirən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.