“Bank Respublika”nın problemli kreditləri 22% artıb
“Bank Respublika” ASC-nin 2026-cı ilin III rübünün sonuna kredit portfeli 1 milyard 757 milyon 756 min manat təşkil edib.
Bu, 2025-ci ilin eyni dövründə qeydə alınan 1 milyard 577 milyon 152 min manatla müqayisədə 180 milyon 604 min manat və ya 11,5% çoxdur.
Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, kredit portfelinin artması ilə yanaşı, vaxtı keçmiş kreditlərin həcmində də yüksəliş qeydə alınıb.
Belə ki, 2025-ci ilin III rübünün sonunda bankın vaxtı keçmiş kreditləri 19 milyon 667 min manat olduğu halda, 2026-cı ilin eyni dövründə bu göstərici 23 milyon 995 min manata çatıb.
Nəticədə vaxtı keçmiş kreditlərin həcmi illik müqayisədə 4 milyon 328 min manat və ya 22% artıb.
Bankın kredit portfelində ən böyük pay Bakı iqtisadi rayonunun üzərinə düşüb.
Paytaxt üzrə kreditlərin həcmi ötən ilin eyni dövründəki 786 milyon 950 min manatdan 876 milyon 58 min manata yüksəlib. Bu isə 89 milyon 108 min manat və ya 11,3% artım deməkdir.
Bakı üzrə vaxtı keçmiş kreditlər isə 11 milyon 385 min manatdan 10 milyon 918 min manata enib. Beləliklə, bu göstərici 467 min manat və ya 4,1% azalıb.