Ömrümüzə - Sabir Rüstəmoğu yazır...

Ömrümüzə - Sabir Rüstəmoğu yazır...

Qış qurtarır, bahar gəlir,
Havalar da istiləşir,
Düzlər yaşıl don geyinir,
Günəş düşür ömrümüzə.

Ağaclar da çiçək açır,
Güllər, gülləri çağırır,
Təbiət də cana gəlir,
Sevinc qatır ömrümüzə.

Ay dolanır, illər keçir,
Günlər bir-bir gəlib, gedir,
Vaxt yetişir, vədə bitir,
İllər hopur ömrümüzə.

Çox dolanma hər diyarı,
Yaşatma boş arzuları,
Dəyişmə, gəl fikirləri,
Ziyan vurma ömrümüzə.

Dağ-dərədə gedib qalma,
Hər yetənə yalan satma,
Özün-özünü aldatma,
Saflıq gətir ömrümüzə.

Yollar dumana bürünüb,
Hərtərəf gecəyə dönüb,
Yolu getmək çətinləşib,
Xəzan düşüb ömrümüzə.

Çalış hər şey yaxşı olsun,
Gözəllikdən həyat gülsün,
Ürəklərə bahar gəlsin,
Şadlıq köçsün ömrümüzə.

Ömrün baharı, qışı var,
Bu dünyanın sazağı var,
Çalxalanır: sağa, sola,
Soyuq keçir ömrümüzə.

Sabir, ömür necə keçdi,
Qışı, yazı bilinmədi,
Çox çalışıb, vuruşsaq da,
Dərd ələndi ömrümüzə.

Sabir Rüstəmoğu (Məmmədov),

ADPU-nun Ağcabədi filialının dosenti, AYB və AJB- nin üzvü

Ağcabədi şəhəri,
14.11.2026-cı il.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.