“Mənim üçün gözəllikdən daha vacib olan zəka və xarizmadır”
“Miss Kainat-2026” iştirakçısı gözəllikdən üstün olan keyfiyyəti açıqladı
Rusiyanı “Miss Kainat-2026” beynəlxalq gözəllik müsabiqəsində təmsil edən Aleksandra Staşkeviç hesab edir ki, iştirakçının zəkası və daxili keyfiyyətləri xarici görünüşündən daha vacibdir.
Gundelik.az xəbər verir ki, bu barədə Aleksandra Staşkeviç TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, gözəllik mühüm amil olsa da, insanın xarici görünüşünün arxasında daha dərin keyfiyyətlər dayanmalıdır.
“İlk təəssüratda geyim və xarici görünüş diqqəti cəlb edir. Lakin insanı həqiqətən fərqləndirən başqa xüsusiyyətlər də olmalıdır. Mənim üçün ən vacibi zəkadır. Ağıllı qadın dedikdə dinləməkdən zövq aldığın insanı nəzərdə tuturam. Bundan əlavə, xarizma və yumor hissi də çox önəmlidir. Zarafat etməyi və yumoru rahat qəbul etməyi bacaran insanlar ən gözəl insanlardır”, – deyə o bildirib.
Qeyd edək ki, Aleksandra Staşkeviç çir-idman növü üzrə Rusiyanın yeddiqat çempionudur və idman ustalığına namizəddir. O, 11 ildən artıq müddətdə ölkəsinin milli komandasının heyətində çıxış edib.
Hazırda Tümen Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alan Staşkeviç daha əvvəl “Rubin” xokkey klubunda və “Tümen” futbol klubunda müxbir kimi çalışıb.
“Miss Kainat-2026” müsabiqəsinin final mərasimi noyabrın 24-də Puerto-Rikoda keçiriləcək.
Xatırladaq ki, müsabiqənin direktoru Anastasiya Belyak daha əvvəl Rusiyanı beynəlxalq yarışmada Aleksandra Staşkeviçin təmsil etməsi ilə bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, iştirakçı münsiflər heyətinin diqqətini xarizması, mehribanlığı, enerjisi və insanlarla ünsiyyət qurmaq bacarığı ilə cəlb edib.
Nuri
Gundelik.az