Estoniya Rusiya ilə sərhədi bağlayır
Estoniya hökuməti dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün avtomobil keçid məntəqələrini bağlamaq qərarına gəlib.
Gundelik.az-ın "Reuters" agentliyinə istinadən məlumatına görə, məhdudiyyətlər qeyri-müəyyən müddətə tətbiq ediləcək.
Bununla belə, Estoniya hakimiyyəti altı aydan sonra qərara yenidən baxa bilər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Beləliklə, qışın ilk günündən Estoniya-Rusiya sərhədində avtomobillərin hərəkəti dayandırılacaq.
Qeyd edək ki, Estoniya ilə Rusiya arasında münasibətlər 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra kəskin pisləşib. Tərəflər 2023-cü ildə səfirlərini geri çağıraraq diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endiriblər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.