Birinci kurs tələbələri 2000 illik xəzinə aşkar ediblər

Birinci kurs tələbələri 2000 illik xəzinə aşkar ediblər

Böyük Britaniyada Nyukasl Universitetinin birinci kurs tələbələri arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid qiymətli əşyalar aşkar ediblər.

Gundelik.az xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.

Ekspedisiyanın ilk günündə tələbə Eliz Zallu uzunluğu təxminən yeddi santimetr olan qızıl zəncir parçası tapıb. Təxminən 2000 il yaşı olan bu bəzək əşyası o qədər yaxşı qorunub saxlanılıb ki, hətta bu gün də istifadə edilə bilər. Arxeoloqların sözlərinə görə, belə zinət əşyaları yüksək rütbəli Roma hərbçilərinə və ya onların ailə üzvlərinə məxsus ola bilərdi.

Digər birinci kurs tələbəsi Şennon Vud üzərində latın dilində yazı olan qurğuşun lövhə aşkar edib. Alimlər hesab edirlər ki, lövhədə ticarət və ya şəxsi münasibətlərlə bağlı məlumat yer ala bilərdi.

Daha bir tələbə Meqan Potter isə üzərində qızıl suyunun izləri olan Roma hərbi təchizatına aid detal tapıb. Ehtimal olunur ki, bu əşya kəmərə, at yəhərinin ləvazimatına və ya qılınc qınınına bərkidilib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.