Dövlət Statistika Komitəsi “Bakcell”ə 21 min manat ödəyəcək

Dövlət Statistika Komitəsi “Bakcell”ə 21 min manat ödəyəcək

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi mobil rabitə və telekommunikasiya xidmətlərinin satın alınması ilə bağlı “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə satınalma həyata keçirib.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, satınalmanın predmetini GSM nömrələrin, MDM (Mobil Cihazların İdarə Edilməsi) və M2M (Maşınlararası Kommunikasiya) xidmətlərinin əldə edilməsi təşkil edir.

Məlumata görə, satınalma bir mənbədən satınalma metodu tətbiq edilməklə həyata keçirilib. Satınalmanın ümumi dəyəri 21 min 482,76 manat təşkil edir.

Beləliklə, Dövlət Statistika Komitəsi qeyd olunan telekommunikasiya xidmətlərinin təmin edilməsi üçün “Bakcell” MMC-ni təchizatçı olaraq seçib.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.