British Airways təyyarəsində mühərrik yağı sızdı: Pilotlar Atlantik okeanı üzərində qəza siqnalı verdi

British Airways təyyarəsində mühərrik yağı sızdı: Pilotlar Atlantik okeanı üzərində qəza siqnalı verdi

British Airways aviaşirkətinə məxsus sərnişin təyyarəsi Böyük Britaniyadan ABŞ-yə uçarkən mühərrik yağının sızması ilə üzləşib.

Gundelik.az xəbər verir ki, bu barədə Simple Flying portalı məlumat yayıb.

Məlumata görə, hadisə noyabrın 24-də London-Boston marşrutu üzrə həyata keçirilən reys zamanı baş verib. Şimali Atlantik okeanı üzərində uçan təyyarənin ekipajı mühərrik yağının sızdığını aşkar etdikdən sonra fövqəladə vəziyyət elan edib.

Təyyarənin komandirinə hava gəmisini İslandiyada yerə endirmək tövsiyə olunsa da, pilotlar uçuşu davam etdirərək təyinat məntəqəsinə — Bostona çatmağa nail olublar.

Təyyarə hava limanına uğurla enib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, bu insident eyni təyyarədə cəmi 10 gün əvvəl baş vermiş başqa bir hadisədən sonra qeydə alınıb. Belə ki, həmin vaxt təyyarənin mühərriklərindən biri Aralıq dənizi üzərində dayanıb və layner Afinada məcburi eniş edib.

Xatırladaq ki, daha əvvəl Rusiyadan olan sərnişinləri daşıyan başqa bir təyyarə göyərtədə bomba olması barədə məlumat daxil olduqdan sonra təcili olaraq başqa şəhərdə eniş edib. Hadisə Soçi-Samara reysi zamanı baş verib.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.