Bakıdan Almaniyaya uzanan yol – milli dəyərlərinə sadiq, dövlətinin yanında olan azərbaycanlı tələbə - FOTO

Bakıdan Almaniyaya uzanan yol – milli dəyərlərinə sadiq, dövlətinin yanında olan azərbaycanlı tələbə - FOTO

Berlin Texniki Universitetində (TU Berlin) təhsil alan Ələkbərov Səid Aləm oğlu beynəlxalq akademik mühitdə Azərbaycan gəncliyini təmsil etməklə yanaşı, ölkəmizin milli dəyərlərinə və dövlətçilik mövqeyinə bağlılığı ilə də diqqət çəkir.

Xarici ölkədə təhsil almaq yalnız yeni biliklər qazanmaq və peşəkar inkişaf əldə etmək deyil, həm də doğma ölkəni, onun milli-mənəvi dəyərlərini və dövlətçilik ənənələrini layiqincə təmsil etmək məsuliyyətidir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

Gundelik.az xəbər verir ki, Almaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Berlin Texniki Universitetində (TU Berlin) təhsil alan Ələkbərov Səid Aləm oğlu da beynəlxalq mühitdə Azərbaycan gəncliyini təmsil edən tələbələrdəndir. Onun xarici ölkədə təhsil aldığı müddətdə ölkəmizin ictimai-siyasi həyatına və dövlətçilik məsələlərinə göstərdiyi diqqət Azərbaycan gəncliyinin milli kimliyə bağlılığının nümunəsi kimi təqdim olunur.

Səid Ələkbərovun Türkiyənin sabiq xarici işlər naziri, hazırda NATO Parlament Assambleyasının Türk nümayəndə heyətinin rəhbəri vəzifəsini daşıyan Mövlud Çavuşoğlu ilə Berlində görüşü də diqqət çəkən məqamlardandır.

Qeyd edək ki, Mövlud Çavuşoğlu 20–23 noyabr tarixlərində Almaniyanın paytaxtı Berlində keçirilən NATO Parlament Assambleyasının 72-ci Baş Assambleyasında iştirak edib. Tədbirdə beynəlxalq təhlükəsizlik, müdafiə siyasəti və NATO-nun gələcək fəaliyyət istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.

Bakıdan Almaniyaya uzanan bu təhsil yolu bir daha göstərir ki, gənclərin beynəlxalq arenada iştirakı onların yalnız akademik nailiyyətləri ilə deyil, milli kimliklərinə, mənsub olduqları dövlətə və dəyərlərə münasibətləri ilə də ölçülür.

Azərbaycan gəncliyinin xaricdə təhsil alarkən öz köklərinə bağlı qalması, ölkəsini layiqincə təmsil etməsi və milli maraqlara həssas yanaşması müasir dövrün mühüm çağırışlarından biridir.

Nuri
Gundelik.az

Foto qalereya

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.