Oktyabr 15, 2026
Baku
Ölkə Xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda abadlıq işlərinə başlanılır – 5,9 milyon manat ayrıldı

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrində bir sıra abadlıq işlərini icrasına başlanılır.

Bu barədə Gundelik.az Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.

Belə ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrində məhəllə, küçə, meydan və parkların abadlaşdırılması, yaşıllaşdırılması, yaşıllıqların mühafizəsi və təmizlənməsi işlərinin aparılması nəzərdə tutulub.

Məlumata əsasən, qurum bu işləri “Mint Services” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Sözügedən işlərin icrasına 5 902 596 manat vəsait sərf olunacaq.