“Xalq Sığorta” ASC-nin yığımları azalıb.
Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, yanvar ayında sığorta şirkətinin yığımları 3 milyon 586 min manat təşkil edib.
Ötən ilin eyni dövründə isə şirkətin yığımları 3 milyon 755 min manat olub.
Bu, illik müqayisədə 169 min manat və ya 4,50% azalma deməkdir.
“Xalq Sığorta” ASC-nin ödənişlərində azalma olub.
Cari ilin yanvar ayında şirkət 763 min manat sığorta ödənişi həyata keçirib ki, bu, illik müqayisədə 158 min manat və ya 26,11% artım deməkdir.
Belə ki, ötən ilin yanvar ayında sığorta şirkəti 605 min manat ödəniş həyata keçirib.
Yığımların azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyini artırıb.
Eyni zamanda qeyd edək ki, şirkət cari ilin ilk ayında hər 100 manatdan 21,27 manatı ödənişə ayırıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 16,11 manat olub.

