Ən böyük pərakəndə satış şirkətlərindən biri hesab edilən “American Walmart” xərclərin azaldılması və qərarların qəbulu prosesinin sürətləndirilməsi məqsədi daşıyan restrukturizasiya çərçivəsində ABŞ-də 1500 ofis işçisini ixtisar etməyi planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbəyə istinadən yazıb.
Bildirilir ki, şirkət işçilərinə qlobal texnologiya bölməsində, onlayn sifariş biznesində və reklam biznesində (Walmart Connect) bəzi komandaları yenidən təşkil edəcəyini söyləyib.
Nəşr qeyd edir ki, şirkət həmçinin bir sıra yeni vəzifələr yaratmağı planlaşdırır.
“İxtisarlar prioritet biznes sahələrinə və strategiyamıza diqqəti əks etdirir və ticarət tarifləri ilə əlaqəli deyil”, – “Walmart”dan bildirilib.
“Walmart”ın ABŞ-dəki ofislərində təxminən 1,6 milyon insan işləyir.
“Walmart” səhmləri 2025-ci ilin əvvəlindən bəri 6,7% artıb.
Gundelik.az
