İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Wall Street Journal”dan təəccüblü bir iddia

Beynəlxalq uyğunluq hesabatlarına, blokçeyn təhlilinə və xarici hüquq mühafizə orqanlarından əldə edilən məlumatlara görə, İranlı iş adamı Babək Zəncani tərəfindən qurulan genişmiqyaslı kriptovalyuta şəbəkəsi Binance vasitəsi ilə yüzmilyonlarla dollar dəyərində əməliyyatları idarə edib.

Daxili uyğunluq hesabatlarına görə, Zencani ilə əlaqəli əsas hesabın cəmi iki il ərzində təxminən 850 milyon dollarlıq əməliyyatlar həyata keçirdiyi iddia edilir.

İddia olunur ki, təkcə əsas hesab deyil, həm də Zəncaninin bacısının, sevgilisinin və şirkət rəhbərlərinin adına açılmış əlavə hesablar eyni cihazlar vasitəsi ilə idarə olunur. Binance tədqiqatçıları bu hesabları mütəşəkkil sanksiyalardan yayınma şəbəkəsinin bir hissəsi hesab edirlər.

Hesabatlarda ABŞ-ın İrana qarşı sanksiyalarından yayınma və terrorizmin maliyyələşdirilmə riskinin “yüksək” olduğu vurğulanır və bəzi daxili auditorlar hesabları bağlamağı və müvafiq istifadəçilər barədə səlahiyyətli orqanlara məlumat verməyi tövsiyə ediblər.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az