Serbiya Prezidenti Aleksandar Vuçiç vətəndaşların məmurların təkəbbürlü və yersiz davranışları ilə bağlı şikayətlərini göndərə biləcəyi xüsusi portalın istifadəyə verilməsi planlarını açıqlayıb.
Gundelik.az-ın məlumatına görə, Serbiya lideri bu barədə “Informer” telekanalının efirində bildirib.
“Tezliklə bu barədə danışacağım və insanları hər şeyi mənə bildirməyə təşviq edəcəyim bir portal açacağam”, – Vuçiç deyib.
Prezidentin sözlərinə görə, vətəndaşlar yerli məmurların davranışları ilə bağlı ona müntəzəm şikayət edirlər.
A.Vuçiç izah edib ki, bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə və gündəlik həyatda güc nümayişi hallarıdır.
“Sən bilirsən mən kiməm?” sualını eşidəndə məhz buna qarşı mübarizə aparmaq lazımdır”, – o qeyd edib.
Vuçiç əlavə edib ki, belə mexanizmin işə salınması vətəndaşların dövlət qurumlarına inamını gücləndirməyə yönəlmiş daha geniş dəyişikliklərin bir hissəsi olmalıdır.
Onun sözlərinə görə, portal yaxın iki-üç həftə ərzində fəaliyyətə başlaya bilər.
