İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Volkswagen”in qlobal avtomobil tədarükü artıb

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen AG” (VW) 2025-ci ilin ilk rübündə avtomobil tədarükünü 1,2% artıraraq 2,27 milyon ədədə çatdırıb.

Bu barədə Gundelik.az şirkətin məlumatına istinadən xəbər verir.

Hesabat dövründə Mərkəzi və Şərqi Avropaya tədarüklər 9,1%, Cənubi Amerikaya 19,8%, Çinə 2,8%, Çin istisna olmaqla Asiya ölkələrinə 10,3%, Yaxın Şərqə 14,4% artıb. Eyni zamanda Qərbi Avropada 0,7%, Şimali Amerikada isə 16,2% azalma qeydə alınıb.

Bu ilin aprel-iyun aylarında avtomobil istehsalçısı elektrik avtomobillərinin tədarükünü 248,7 min ədədə, yanvar-iyun aylarında isə 465,5 min ədədə çatdırıb.

İlin birinci yarısında VW-nin ümumi tədarüklərində elektrik avtomobillərinin payı bir il əvvəlki göstərici ilə müqayisədə 4% artaraq 11 faiz təşkil edib. Cari ilin ilk altı ayı ərzində avtomobil istehsalçısının elektromobillərinə tələbatda əhəmiyyətli artım Avropa (+89%) və ABŞ-də (+24,3%) qeydə alınıb. Çində isə şirkətin satışlarında 34,5% azalma olub.

Gundelik.az