Viləşçay su anbarının suvarma şəbəkəsinin tikintisi ilə bağlı işlərə başlanılır.
Gundelik.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı işlərə yekun vurub.
Qurum suvarma şəbəkəsinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərini “Hydrotrans Engineering Mühəndislik Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1,7 milyon manat ödənilib.
Qeyd edək ki, Viləşçay su anbarı əkinlərin suvarma suyuna tələbatının ödənilməsi məqsədilə tikilib və 1986-cı ildə istismara verilib.
Gundelik.az
