İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ağdamda yaşayış binalarının tikintisi ilə bağlı 10 milyon manatlıq LAYİHƏ

Ağdam rayonunda yaşayış binalarının tikintisi ilə bağlı növbəti mərhələ üzrə işlərə start verilir.

Gundelik.az-ın məlumatına görə, bu mərhələdə Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işləri aparılacaq.

Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.

Dövlət xidməti sözügedən işlərin icrasının 10 043 741 manata başa gələcəyini proqnozlaşdırıb.

Gundelik.az