Gundelik.az Dünya Venesuelada xarici jurnalistlər həbs olunub
Dünya Xəbərlər

Venesuelada xarici jurnalistlər həbs olunub

Venesuelada ABŞ-nin Nicolas Maduro-nu həbs etməsindən sonra baş verən hadisələri izləyən xarici media nümayəndələri təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Ən azı 14 jurnalistin saxlanıldığı bildirilib.
Venesuelada ABŞ qüvvələrinin Dövlət Başçısı Nicolas Maduro-nu həbs etməsindən sonra baş verənləri izləyən xarici media orqanlarında çalışan jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Venesueladakı media işçilərini təmsil edən birliyin açıqlamasına görə, ən azı 14 jurnalist bazar ertəsi günü paytaxt Karakasda saxlanılıb. Saxlanılanların böyük əksəriyyəti xarici media orqanlarında çalışıb. Jurnalistlər sonradan sərbəst buraxılıb, bir jurnalist isə ölkədən deportasiya edilib.
Jurnalistlərin Milli Məclis ətrafında, Altamira rayonunda və Karakasın müxtəlif bölgələrində saxlanıldığı bildirilib. Bəzi jurnalistlərin hərbi kontr-kəşfiyyat bölmələri, bəzilərinin isə xüsusi kəşfiyyat xidmətləri tərəfindən saxlanıldığı qeyd edilib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version