İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Venesuela ABŞ-yə diplomatik nümayəndəlik göndərəcək

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

Venesuelanın keçmiş xarici işlər naziri Feliks Plasensiya ölkənin ABŞ-dəkı yeni diplomatik nümayəndəsi təyin edilib və tezliklə ölkəyə doğru yola düşəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Pinto “Telegram”da bildirib.

“Plasensiya və onun komandası tezliklə ABŞ-yə səfər edəcək. Onların vəzifəsi konstruktiv əməkdaşlığı gücləndirmək və enerji, siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək olacaq”, – deyə nazir qeyd edib.

Xatırladaq ki, Venesuela, Vaşinqtonun müxalifət lideri Xuan Quaydonu ölkə prezidenti kimi tanımasından sonra 2019-cu ildə ABŞ ilə diplomatik əlaqələri kəsdi. Amerikalı diplomatlar isə Venesueladan qovuldu.