Türkiyənin Van vilayətinin Tuşba rayonundakı Polatoğlu İbtidai və Orta Məktəbində qız şagirdin boş olduğu bildirilən pompalı tüfənglə məktəbə gəlməsi təşvişə səbəb olub. Adı açıqlanmayan şagird səhər saatlarında silahla məktəbə gələrkən aşkarlanıb.
Müəllimlər və valideynlər tüfəngi onun əlindən alıb və hadisə barədə polisə məlumat verilib.
Polislər silahı müsadirə edib
Gundelik.az xəbər verir ki, İHA-nın məlumatına görə, hadisə yerinə gələn polis əməkdaşları tüfəngi müsadirə edib. Şagird isə ifadəsinin alınması üçün polis bölməsinə aparılıb.
Valideynlər məktəbə axın edib
Hadisənin duyulmasından sonra çox sayda şagird valideyni məktəbə gəlib. Baş verənlər məktəbin ətrafında qısa müddətli təşviş yaradıb.
Turqutluda baş verən hücum hələ də gündəmdədir
Manisanın Turgutlu rayonunda da qısa müddət əvvəl bir şagirdin ov tüfəngi ilə məktəb ətrafında atəş açması nəticəsində 11 şagird yaralanmışdı. Hadisə ilə bağlı aparılan araşdırma çərçivəsində 9-cu sinif şagirdi H.O.-nun da aralarında olduğu bir neçə şübhəli şəxs barəsində həbs qərarı verilmişdi.
Vanda baş verən son hadisə məktəblərdə silah və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Nurəddin Abdullayev
Gundelik.az

