İyul 8, 2026
Baku
Hüquq Kateqoriya seçilməyən Müsahibə

Vətəndaş   Mənzil İstismar İdarəsinə (JEK) ə mənzil pulu verməlidirmi?

Son günlərdə cəmiyyətin diqqət mərkəzində olan və geniş müzakirələrə səbəb olan Vətəndaş   Mənzil İstismar İdarəsinə (JEK) ə mənzil pulu verməlidirmi?  mövzusu ilə bağlı bir çox suallar və fikir ayrılıqları yaranmışdır. Bu mövzu yalnız ictimaiyyətin deyil, eyni zamanda mütəxəssislərin və qərarverici şəxslərin də gündəmindədir. Mövzunun aktuallığını nəzərə alaraq, bu sahədə bilik və təcrübəsi ilə seçilən Hüquqşunas  Elmar İbrahimov ilə söhbətimizdə yaranmış vəziyyəti ətraflı təhlil etməyə çalışacağıq. Ümid edirik ki, bu müsahibə mövzuya aydınlıq gətirəcək və oxucular üçün faydalı olacaq.

Gundelik.az saytı müsahibəni təqdim edir: 

Elmar müəllim, məsələ ilə bağlı ilkin fikirlərinizi deyə bilərsinizmi? 

 Əvvəllər jeklərə ödəniş edilirdi. Lakin Nazirlər Kabineti Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı, mənzil haqqı və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında qərarında dəyişiklik etdi yeni 3 a bəndi ləğv edildi. Qeyd edim ki, ləğv edilən bənd  “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq: a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət  evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilirdiyini nəzərdə tuturdu.  Nəzərinizə çatdırım ki, mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Zibil pulu ilə bağlı Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarına əsasən bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunmuşdur. Qeyd edilən məsələ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanunda öz əksini tapmışdır.
Belə ki, həmin məcəllənin 14-cü maddəsinə əsasən  Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə xidmət göstərə bilərlər. Maddədən də göründüyü kimi mülkiyyətçi ilə Dövlət mənzil-istismar idarəsi arasında imzalanmış müqavilə yoxdursa onlar mülkiyyətçidən hər hansı bir məbləğdə pul tələb edə və ala bilməzlər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən Mənzil sahəsinin və kommunal xidmətlərin haqqının ödənilməsində imtiyazları olan vətəndaşlar kommunal xidmətlərin dəyərinin müəyyən edilməsində, habelə özəlləşdirilmiş mənzillərə (evlərə) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları tərəfindən xidmət göstərilməsində və onların təmirində də imtiyazlarını saxlayırlar.
Mənzil Məcəlləsinin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. çoxmənzilli binanın idarə edilməsi müqaviləsi Mənzil Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 10 mart 2000-ci il, № 40. Tarif (qiymət) şurasının Qərarı 24 noyabr 2011-ci il, №05 Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə. Vergi Məcəlləsinə əsasən, bələdiyyələrə ildə bir dəfə əmlak vergisi ödənilir.
Bəs mənzil-istismar idarələrinə pul ödənilməlidirmi?
Cavab: Bildiririəm ki, ilk növbədə mülkiyyətçi ilə Mənzil-istismar idarəsi arasında olan könüllük əsasında müqavilə imzalanmalıdır. Əgər mülkiyyətçi ilə Mənzil-istismar idarələrisi arasında rəsmi müqavilə varsa , komunal xidmətlərə görə  xidmət haqqı ödənilməlidir. Yuxarıda da qeyd etdiyim kimi  bərk məişət tullantılarının yığılması və daşınması əhali qrupunda 1 nəfər üçün aylıq 30 qəpik müəyyən olunmuşdur. Müqavilədə hər iki tərəfin hüququ və vəzifələri , xidmət haqqı şəfaf şəkildə göstərilməlidir. Xidmət müqaviləsində qeyd edilməyən komunal xidmətə görə hər hansı fiziki və ya hüquqi şəxs, və ya bələdiyyə vətəndaşlardan artıq pul tələb edə və ala bilməz. Qeyd edilən əməlləri törətmiş şəxslər isə qanuvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maraqlı müsahibə üçün Elmar müəllim İbrahimova təşəkkürümüzü bildiririk. 
Gundelik.az