Vəlvələçay-Taxtakörpü kanalında sürüşmə təhlükəsiz yaranıb.
Gundelik.az-ın məlumatına görə, buna görə də kanalın sağ sahil hissəsində (PK177+60-PK182+20) (L=460 pm) sürüşməsinin qarşısının alınması məqsədi ilə yamaclarda terraslar əsaslı təmir olunacaq.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti artıq bununla bağlı işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Aztikintiservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 197 378 manat ödənilib.
Vəlvələçay-Taxtakörpü kanalı Samur–Abşeron suvarma sisteminin bir hissəsi olaraq vətəndaşların su təminatını yaxşılaşdırmaq məqsədilə inşa edilib, əsasən Bakı, Sumqayıt və Abşeron yarımadasını təmin etmək üçün planlaşdırılıb.
Gundelik.az
