İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ÜST: Avropada temperatur qlobal orta göstəricidən iki dəfə sürətlə artır

Avropada temperatur qlobal orta göstəricidən təxminən iki dəfə sürətlə artır və qitədəki istilər insanların sağlamlığını təhlükə altına qoyur.

Gundelik.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının təhlükə altına düşməsinə səbəb olur. Avropadakı bu vəziyyət gələcəkdə həddindən artıq isti hava dalğaları ehtimalını və şiddətini artırıb. Liderlər iqlim tədbirlərini sürətləndirməli və iqlim böhranının kök səbəblərini azaltmalı, eləcə də iqlimə davamlı səhiyyə sistemlərinə investisiya qoyuluşuna üstünlük verməlidirlər”, – deyə o qeyd edib.