Uşaqların, yeniyetmələrin və gənclərin maraq dairəsi cəmiyyətin gələcəyini formalaşdıran mühüm amillərdən biridir. Hər yaş mərhələsi fərqli psixoloji, sosial və intellektual xüsusiyyətlərlə xarakterizə olunur və bu da onların maraqlarına birbaşa təsir göstərir. Bu səbəbdən müxtəlif yaş qruplarının maraq dairəsini düzgün anlamaq həm valideynlər, həm müəllimlər, həm də cəmiyyət üçün olduqca vacibdir.Uşaqlıq dövrü insan həyatının ən həssas və eyni zamanda ən sürətli inkişaf edən mərhələsidir. Bu yaşda uşaqların maraqları əsasən oyun və əyləncə üzərində qurulur. Onlar dünyanı oyun vasitəsilə kəşf edir, yeni bacarıqlar əldə edir və yaradıcılıqlarını inkişaf etdirirlər. Rəsm çəkmək, rəngləmə, konstruksiya oyunları və cizgi filmləri uşaqların ən çox maraq göstərdiyi fəaliyyətlər sırasındadır. Bundan əlavə, təbiətə və heyvanlara qarşı maraq da bu dövrdə formalaşmağa başlayır. Uşaqların maraqları tez-tez dəyişir və bu, onların öyrənmə prosesinin təbii bir hissəsidir.Yeniyetməlik dövrü isə daha mürəkkəb və dəyişkən bir mərhələdir. Bu dövrdə fərdin şəxsiyyəti formalaşır və o, özünü cəmiyyət daxilində müəyyən etməyə çalışır. Yeniyetmələrin maraqları artıq daha konkret və istiqamətli olur. Onlar sosial şəbəkələrə, texnologiyaya, musiqiyə və film dünyasına böyük maraq göstərirlər. Eyni zamanda dostluq münasibətləri və sosial çevrə onların həyatında mühüm rol oynayır. Bu yaşda gənclər özlərini ifadə etməyə, fərqli görünməyə və qəbul olunmağa çalışırlar. Stil, geyim və davranış formaları onların özünüifadə vasitəsinə çevrilir.
Gənclik dövründə isə maraqlar daha da yetkinləşir və həyat məqsədləri ilə sı bağlı olur. Bu mərhələdə gənclər təhsil, karyera və şəxsi inkişaf məsələlərinə daha çox diqqət yetirirlər. Onlar gələcək planlarını qurur, ixtisas seçimi edir və müstəqil həyat qurmağa çalışırlar. Bununla yanaşı, səyahət etmək, yeni təcrübələr qazanmaq
və müxtəlif sahələrdə özlərini sınamaq da gənclərin maraq dairəsinə daxildir. Şəxsi münasibətlər, sosial məsuliyyət və maddi müstəqillik də bu dövrdə ön plana çıxır.
Ümumilikdə, uşaqların, yeniyetmələrin və gənclərin maraq dairəsi yaş artdıqca daha məqsədyönlü və sabit xarakter alır. Bu maraqları düzgün istiqamətləndirmək
üçün onların ehtiyaclarını anlamaq, onlarla ünsiyyət qurmaq və uyğun mühit yaratmaq vacibdir. Belə yanaşma onların sağlam inkişafına və gələcəkdə uğurlu fərdlər kimi formalaşmasına kömək edir.İnformasiya texnologiyaları və onların idarəetmə sistemləri günün müasir sahələrindən biridir. İnformasiya texnologiyaları və sistemləri müxtəlif növ informasiyanı emal və ya idarə edən, ümumi desək informasiya üzərində müxtəlif növ əməliyyatlar aparan texnologiyalardır. Bildiyimiz ki, dünya interneti – WWW- ümumdünya hörümçək toru adlandırır və internetdən məlumat almaq, məlumat mübadiləsi üçün istifadə edilir. Bu gün uşaqların, yeniyetmələrin və gənclərin maraq dairəsini əhatə edə biləcək bir çox sahələr var. Belə ki, müasir dövrümüzdə gənclərin maraqları internet məkanı və virtual aləmlə təmin olunmuşdur. Bu gənclərin sosiallaşmasına müsbət təsir göstərsə də, sağlamlığına, psixikasına ziyanı da vura bilər. Uşaqlara və gənclərə intellektual istirahət – bura kitabxanalar, dil, proqram kursları, teatr, tamaşalar daxildir ki, bu növ istirahətə də gəncləri cəlb etmək lazımdır.
Maraqlarını, məşğuliyyətini, çevrəsini özü seçə bildiyi üçün bu günkü gənclik mənəvi təlabatlarını dolğunlaşdırmağa çalışmalıdır. Gənclərin yaşam tərzləri, maddi durumları, ailədəki vəziyyət onların istirahətinə, təhsilinə təsir edir və bu imkanlar sadalananları formalaşdırır. Məsələn, bəzi gənclər maddi duruma görə kino-teatra gedib dincələ bilmir, bəzisi ailədəki mentalitet problemlərindən dolayı istirahətini könlüncə seçə bilmir. Evə gec gəlmək, gecə saatlarda gənclərin düzənlədiyi tədbirlərə getmək kimi imkanları olmur. Bu səbəbdən də gənclər qruplara bölünməyə başlayır. Çox az sayda gənc internetdən sırf öz iş- təhsil imkanlarını genişləndirmək, yaxud alət olaraq istifadə edir. Bir qrup gənc internetdən informasiya mənbəyi kimi istifadə etdiyi halda, əsas kəsim tanışlıq, sosiallaşma, əyləncə, boş vaxtlarını keçirmək üçün virtual aləmə üz tuturlar.
Lakin uzun illərin təcrübəsi göstərmişdir ki, insanların həyatında kitab oxumaq həmişə mühüm rol oynayıb. Kitab oxumaq insanın inkişafında, tərbiyəsində və təhsilində böyük əhəmiyyət kəsb edib.
Müasir uşaqların həyatında kompüter və internet televiziyadan da öncə yer tutur. İnternet mütəmadi olaraq bizim həyatımıza öz keyfiyyətlərini dəyişərək daxil olur.
Hal-hazırda biz o səviyyədəyik ki, internet sayəsində söz ehtiyatımız və bilik səviyyəmiz artır. Buna görə də uşaqların və gəncləri kitab oxumağa cəlb etməzdən qabaq müəyyən etmək lazımdır ki, söhbət nədən gedir. Obyektiv olaraq təsdiq etmək olar ki, oxucuların sayı artıb, ancaq “kitab” oxucularınn sayı yox. İnternetdən istifadə edənlərin sayı daha çoxdur. Bunula əlaqədar biz məktəblilər və ictimaiyyət arasında “Kompüter və kitab” haqqında sorğu təşkil etdik. Aşağıdakı sualları oxuculara təqdim etdik:
1. Daha çox nəyə üstünlük verirsiniz internetə, yoxsa kitaba?
2. Onların arasında rəqabət varmı?
3. Kompüter oyunlar, maraqlı əyləncə saytları həyatımıza necə təsir göstərir?
4. Kompüter əsrində kitabxana necə olmalıdır?
Belə ki, apardığımı sorğu nəticəsində bir çox suallarımıza cavab tapdıq. Bəzi
cavabları nümunə kimi göstəririk:
1. İnternetdə kitab sifariş verib oxumaq olar.
2. Fikirləşirəm ki, kitabxanada internet şəbəkəsinin olması daha rahatdır.
3. Məncə hər oxucu öz zövqünə görə oxuma tərzini seçir.
4. Doğrudur internetdə kitabı tapmaq çox asandır, amma oxumaq narahatdır.
5. Kitabxananın aurası yaxşıdır.
6. Bu gün kitabxana yalnız kitab oxumaq üçün deyil, sərgi, görüşlər və
informasiya mərkəzi olmalıdır.
7. İnternetdən əylənmək üçün istifadə edirəm.
Azərbaycan Respublikasında kitabxana-informasia sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının əsas məqsədi “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutlmuş müddəalara uyğun olaraq, kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə tarixi- mədəni, ədəbi-bədii, elmi-fəlsəfi sərvətlərin toplanmasını, mühafizəsini, və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bunun üçün elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanalarının inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının virtual kiatbxanası”nın oxucuların istifadəsinə verilməsi, elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması, kompüterləşdirilmiş kitabxan infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi vacibliyi qeyd edilmişdir. İlk kitabxanalar eramızdan əvvəl yaradılmışdır. Uzun müddət ərzində onun sosial funksiyaları xeyli dəyişmişdi. Ilk kitabxananın məqsədi yalnız sənədlərin saxlanılması idi. Yarandığı gündən indiyə qədər kitabxan bir neçə mərhələdən keçmiş və hazırda informasiya və mədəni komponentləri ozündə birləşdirən müasir kitabxana yaradılmışdır. Müasir kitabxananın əsas məqsədi cəmiyyətin intelektual, mədəni inkişafına kömək etmək, onu insanların vasitəsilə təkmilləşdirməkdən ibarətdir. Kitabxanalr ölkənin mədəni və ictimai həyatında əsas yerlərdən birini tutur.
Uşaqlar (təxminən 3–10 yaş)
Bu dövrdə maraqlar daha çox oyun və kəşf üzərində qurulur:
Oyuncaqlar, konstruksiya oyunları (lego və s.)
Rəngləmə, şəkil çəkmə
Cizgi filmləri və nağıllar
Fiziki oyunlar (qaçmaq, tullanmaq)
Təbiəti və heyvanları tanımaq
Yeniyetmələr (11–17 yaş)
Bu mərhələdə şəxsiyyət formalaşır və maraqlar daha konkret olur:
Sosial şəbəkələr və texnologiya
Musiqi, film və pop mədəniyyət
Dostluq və sosial münasibətlər
İdman və ya müəyyən hobbilər (rəsm, rəqs, proqramlaşdırma və s.)
Özünüifadə (stil, geyim, fikirlər)
Gənclər (18–25+ yaş)
Bu dövrdə maraqlar həyat məqsədləri ilə daha çox əlaqələnir:
Təhsil və karyera seçimi
Şəxsi inkişaf (kitablar, kurslar)
Səyahət və yeni təcrübələr
Münasibətlər və müstəqil həyat
Sahibkarlıq və gəlir imkanları
Maraqları öyrənmək üçün üsullar
Söhbət və açıq suallar vermək
Müşahidə etmək (nəyə daha çox vaxt ayırırlar)
Sorğular və anketlər
Sosial media davranışlarını analiz etmək
Oyun və fəaliyyətlərdə iştirakını izləmək
Müasir dövrümüzdə oxcularımız elektron kitabxanay daha çox üstünlük verirlər.
İndi bütün dünyada kitabxnalar tammətnli nəşrlərin, əlyazmaların və başqa elektron kolleksiyalarının bazalarını yaradaraq öz fondlarını geniş internet istifadəçilərinə təqdim etməyə çalışır. Ele buna görə də hazırda elektron kitabxanaların əhəmiyyəti durmadan artır.
Elektron kitabxana informasiyalaşmış cəmiyyətin baza prinsiplərinə: informasiyanın əmtəəyə çevrilməsi, informasiya bazarının formalaşması, cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsinə, qlobal informasiya mühitinin yaranmasına xidmət edir. Eyni zamanda elektron kitabxana oxuculara informasiya xidmətinin kompüterləşməsinin nəticəsi olub, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur. ənənəvi kitabxanada informasiya xidməti yalnız kitabxananın iş saatı müddətində və məhdud sayda oxuculara göstərildiyi halda, elektron kitabxana sutkanın 24 saatı müddətində fəaliyyət göstərir və dünyanın istənilən nöqtəsində yerləşən qeyri-məhdud sayda oxuculara eyni zamanda xidmət edir.
Elektron kitabxana ümumi istifadə üçün açıq olan uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malik olub, informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir.
Azərbaycanda müxtəlif tipli kitabxanaların daxil olduğu geniş kitabxana- informasiya şəbəkəsi vardır. Bu şəbəkəyə yalnız kütləvi kitabxanalar deyil, həm də elmi-texniki, uşaq, gənclər, musiqi məktəblərinin, mədəniyyət və təhsil müəssisələrinin , eləcə də müxtəlif təşkilatların tabeliyində olan kitabxanalar daxildir.
RQDB (15 noyabr-21 noyabr)
RQDB geniş və işıqlı binada yerləşir. 4 mərtəbədən ibarətdir. Kitabxanaın girişi cox cəlbedicidir. Girişdə uşaqların sevdiyi qəhərəmanlara həsr olunmuş hər gün cizgi filmləri nümayiş etdirilir. Bu cizgi filmlər, uşaq yazıçılarlnln, uşaq rəssamlarının və yaxud bəstəkarlarının yubileyləri ilə əlaqədar olaraq nümayiş etdirilir. Bu həm oxucular üçün, həm də valideynlər üçün çox maraqlıdır.
Kitabxanaya ilk dəfə gələn oxucu birinci növbədə qeydiyyatdan keçir, oxucu biletini alır və bundan sonra həmin oxucu bileti ilə istədiyi vaxt kitabxanadan istifadə edir. Kitabxananın 2-ci mərtəbəsində abonement və oxu zalları yerləşir.Və bu bölmə və zallar hər yaş səviyyəsinə uyğundur. Məsələn, məktəbəqədər yaşlı uşaqlar üçün abonement və oxu zalı, məktəbəqədər və 1-4sinif şagirdləri üçün, 5-9- cu sinif şagirdləri üçün, 5-11-ci sinif şagirdləri üçün, 10-11 sinif şagirdləri üçün abonemen və ozu zalları vardır. Hər bir oxu zalında və abonementdə açıq rəf üsulüdur. Uçşaqlar sərbəst axtarışlarını edirlər, köməyə ehtiyacları olduqları vaxt kitabxanaçıya müraciət edirlər. Qiymətli kitab verdikdə onlardan şəxsiyyəti təsdiq edən sənəd yox, 25-30 rubl məbləğində girov alınır və bunun nəticəsində onlarda girov fondu yaranır. Kitab itdikdə həmin məbləğlə yeni kitab alınır. Kitab oxucuya 1 ay müddətinə verilir. Ümumi qaydada vahid nömrə verilir və oxucu biletində vahid nömrə verilməklə bərabər abonement və oxu zalı öz daxili nömrələrini də formulyarda qeyd edirlər.
Kitabxanaya oxucunu cəlb etmək məqsədilə abonement və oxu zalları müxtəlif səpgidə tədbirlər keçirirlər. Ucadan oxu, səhərcik, yazıçı və şairlərlə görüş, sərgilər və s. Kitabxanada həm də müxtəlif dərnəklər fəaliyyət göstəriri və bu dərnəklər pulludur. Məsələn, nağıl otağında hər hansı nağılın ucadan oxucu və səhərciyi. Bu ənənvi kitabxana tədbir formalarından olduğu üçün pulsuzdur, lakin həmin bu nağılı psixoloji cəhətdən uşaqlara aşılamaq və onları düzgün fikirlərə yönəltmək, sual-cavabla onları düşündürmək, sərbəst fikir yürütməyi öyrətmək artıq pullu xidmətə aiddir. Və bunu valideynlər də gözəl qarşılayır bu cür tədbirlərdə valideynlər də yaxından və ürəkdən iştirak edirlər.Pullu xidmət əsas etibari ilə şənbə və bazar günləri keçirilir.
“Psixoloqiçeckiq podderjki çitateley” şöbəsi aktiv şöbələrdən biridir. Buşöbədə oxucu və valideynlərlə söhbətlər aparılır, cətin uşaqlarla məşğul olunur, ibtidai sinifə uşaqları psixoloji cəhətdən hazırlaşdırırlar. Bundan əlavə şöbəyə hüquqşünaslar dəvət olunur, onlar uşaqlara öz hüquqlarını qorumağın qaydalarını başa salır və uşaqları maraqlandıran sualları cavablandırırlar. Bu tədbirdə müxtəlif yaş qrupuna aid olan uşaqlar daxildir. Şöbədə oxularla keçirilən məşğələlər pulludur.
İnternet zalında informasiya axtarişından əlavə oxucular oyun oynamaq imkanı da verilir. Bir saat internetde olan oxucuya 45 dəqiqə istirahət etmək (fasilə) imkanı yaradılır. İstirahət etdikdən sonra oxucu oyununu davam etdirə bilər.
MBA “BiblioQid” adlı uşaq ədəbiyyatına həsr olunmuş layihə işləmişdir. Bu layihə uşaq ədəbiyyatı haqqında söhbət kimi yaradılıb. “BiblioQid” özündə uşaq ədəbiyyatının bütün aspektlərini özündə əks etdirib. “Əlamətdar və tarixi günlər təqvimi”ni bizim kitabxanadan ferqli olaraq biblioqrafiya şöbəsi hazırlayir. Metodika şöbəsi əsasən federal səviyyədə tabeliyində olan şəhər və əyalətlərin plan və hesabatlarını götürürlər, rəqəm göstəricilərini analiz edirlər və
metodik köməklik göstərirlər. Əsasən internet səhifəsinə sayta nəzarət edir.
Məmmədli Ruhiyyə
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi Metodika Şöbəsinin müdiri
Gundelik.az
