Gundelik.az xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, Efiopiya və Nigeriyada 1,3 milyon beş yaşınadək uşaq qida çatışmazlığı səbəbindən həyati təhlükə ilə üzləşə bilər. UNICEF-in məlumatına görə, yaxın iki ay ərzində qida və müalicəvi vasitələrin tükənmək təhlükəsi var. Bu vəziyyət əsasən ABŞ prezidenti Donald Trampın beynəlxalq yardımları azaltmaq qərarı ilə bağlıdır. UNICEF-in baş direktor müavini Kitty Van der Heijden bildirib ki, donorların maliyyəni dayandırması son 25 ildə əldə edilən uğurları geri ata bilər.
Gundelik.az
