Gundelik.az Xəbərlər İqtisadiyyat “Unibank” səhmdarlarının yığıncağı keçiriləcək
İqtisadiyyat Xəbərlər

“Unibank” səhmdarlarının yığıncağı keçiriləcək

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının yığıncağı keçiriləcək.

Gundelik.az bu barədə banka istinadən xəbər verir.

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 25 may 2026-cı il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Hüquq və təşkilati işlər departamenti ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Exit mobile version