Gundelik.az Dünya Ukrayna Avropa Birliyinə qoşulmaq istəyir, lakin bu, göründüyü qədər asan olmaya bilər
Dünya Xəbərlər

Ukrayna Avropa Birliyinə qoşulmaq istəyir, lakin bu, göründüyü qədər asan olmaya bilər

Ukrayna gələcək təhlükəsizliyinin qarantiyası olaraq Avropa Birliyinə tez bir zamanda qoşulmaq istəyir və bunu Rusya ilə sülh müqaviləsi üçün danışıqlarda prioritet olaraq müəyyən edib. Lakin, Ukraynanın Brüsseldə yerləşən bloka gedən yolu bir çox maneələrlə doludur.

Avropa Birliyi üzvlüyü adətən illər çəkir və Ukraynanın müraciəti iqtisadi və idarəetmə sahələrində çətinliklər yaradır. Müzakirə olunan həll yollarına Avropa Birliyinə tədricən güzəştlər verilməsi və Ukraynanın vacib qərarlarda veto səlahiyyətinin məhdudlaşdırılması planı daxildir.

Ukraynanın AB-nə daxil olması asan olmayacaq. Ölkə əhali baxımından Polşaya bənzəyir və illərdir davam edən müharibədən sonra iqdisadi cəhətdən çətinlik çəkir. Üzv olsa, böyük işçi qüvvəsinin digər AB ölkələrinə yönəldiləcəyi və Ukraynanın iqdisadi inkişaf üçün əhəmiyyətli AB vəsaitinə ehtiyacı olacağı ilə bağlı narahatlıqlar var.

Ukrayna həmçinin güclü kənd təsərrüfatı istehsalçısıdır. Bu, Fransa kimi böyük kənd təsərrüfatı sektorunda malik ölkələr üçün təhlükə yarada bilər, çünki yerli istehsalçılar Ukraynanın taxıl və digər məhsulları ilə rəqabət aparmaq məcburiyyətində qalacaqlar.

Polşa Xarici İşlər Naziri Radoslav Sikorski Brüsseldə bildirib ki, “Ukraynanın tam üzvlüyü həm Ukrayna, həm də AB üçün böyük bir problem olardı, çünki o, böyük bir ölkədir və çox da zəngin deyil”.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: New York Times

Gundelik.az

Exit mobile version