Gundelik.az Dünya Ukrayna 12 illik təhsil sisteminə keçir
Dünya Elm və təhsil Xəbərlər

Ukrayna 12 illik təhsil sisteminə keçir

12 illik təhsil sistemi Ukraynanın bütün məktəblərində 1 sentyabr 2027-ci il tarixindən etibarən fəaliyyətə başlayacaq.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin təhsil və elm nazirinin müavini Nadejda Kuzmiçevaya bildirib.

“Belə bir islahat 2018-ci ildə həyata keçirilməyə başlayıb. 12 illik təhsil sistemi Ukraynanın bütün məktəblərində 1 sentyabr 2027-ci il tarixindən etibarən fəaliyyətə başlayacaq. Bu, 2020-ci ildə qəbul edilmiş qanuna uyğundur. 2027-ci ildə 10-cu sinfə gedən bütün uşaqlar 12 il təhsil alacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, yeni məktəb sisteminə keçid Ukraynada 2014-cü il bəri müzakirə mövzusu olub. 2020-ci ilin mart ayında Volodimir Zelenski 11-ci və 12-ci siniflərin orta təhsilin əsas mərhələsi olacağını nəzərdə tutan Orta Təhsil Haqqında Qanunu imzalayıb.

Exit mobile version