Müasir dünyada gənclər təkcə sabahın deyil, bu günün də aparıcı qüvvəsidir. Onların yenilikçi düşüncəsi, çevikliyi və inkişaf əzmi cəmiyyətin bütün sahələrində irəliləyişin əsas dayağıdır. Bu baxımdan gənclərin üzə çıxarılması, bacarıqlarının inkişaf etdirilməsi və özlərini ifadə edə biləcəkləri mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır.
“Hasanzadeh Events Group” olaraq biz gənclərə dəstəyi fəaliyyətimizin əsas prioritetlərindən biri hesab edirik. İnanırıq ki, hər bir gəncin özlüyündə böyük potensialı var və düzgün istiqamət, motivasiya və imkan təqdim olunduqda bu potensial real nəticələrə çevrilə bilər. Məhz buna görə də layihələrimizdə gənclərin aktiv inkişafına və onların yenilikçi təşəbbüslərinin dəstəklənməsinə xüsusi önəm veririk.
Tədbirlərin təşkili, kreativ layihələrin icrası və komanda işinin qurulması prosesində gənclərə güvənməkdən çəkinmir, əksinə, onlara təkan verərək peşəkar inkişaflarına töhfə verməyə çalışırıq. Belə ki, real təcrübə və etimad gənclərin özünə inamını artıran ən vacib amillərdəndir. Gənclərə dəstək yalnız sözlə deyil, davamlı fəaliyyətlə öz təsdiqini tapmalıdır.
“Hasanzadeh Events Group” gələcəkdə də gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələr həyata keçirməyi, onların yaradıcılıq imkanlarını genişləndirməyi və uğura gedən yolda daim yanlarında olmağı qarşısına məqsəd qoyur.
Mən, “Hasanzadeh Events Group” un təsisçi-rəhbəri Şəfəq Həsənzadə, bu əlamətdar gün münasibətilə bütün gəncləri ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar və daim irəli baxan işıqlı bir yol arzulayıram. İnanıram ki, uğurlu gənclik aydın gələcək deməkdir.

