Rüfət Tacəddin oğlu Nəbiyev Bakı şəhərində anadan olub. Boks idman növündə ölkəmizi layiqincə təmsil edərək Beynəlxalq arenada bayrağımızı yüksəldib himnimizi səsləndirib. 13 qat Azərbaycan çempionatın qalibi və mükafatçısı, Prezident kubokunun qalibi, Dünya boks turnirlərinin qalibi və mükafatçısı olaraq uğurlara imza atıb. ilk ali məktəbinə Rusiyanın Dağıstan Vilayətinin Maxaçkala şəhərində Dövlət universitetinə qəbul olaraq başlayıb. Daha sonra Azərbaycan İdman Akademiyasına qəbul olmuş və həmin akademiyanın məzunudur. İdmanda onun tələbələri böyük uğurlara imza atmış və bayrağımızı uca zirvələrə qaldırmışdır. Nuran Yusibli Azərbaycan çempionu, Avropa Çempionatında mükafatçı, Ömər Kərimov Azərbaycan Çempionu, Mahmud Əzməmmədli, Turan Süleymanov, Əhmədiyyə Səmədov, Aylin İbrahimli, Ömər Baharov Ölkə səviyyəsində yüksək nəticələr qazanmışdır. DƏMİR YUMRUQ BOKS İDMAN MƏRKƏZİNİN Direktoru, TACƏDDİN NƏBİYEV BOKS MƏKTƏBİNİN TƏSİSÇİSİ olaraq idmançılarımızın uğurları üçün fəaliyyət göstərən Rüfət Nəbiyev qarşıdakı yarışlarda daha böyük uğurlar əldə edəcəklərini, idmançılarının olimpiya, dünya, avropa mükafatçıları olacağına inandığını söyləyir və hər birinə uğurlar arzulayır.


Gundelik.az
