Gundelik.az Dünya Türkiyədən süni intellekt dövründə strateji müstəqillik addımı
Dünya Xəbərlər

Türkiyədən süni intellekt dövründə strateji müstəqillik addımı

Türkiyə öz məlumatlarını özü emal edən, öz dilini rəqəmsal dünyada gücləndirən, öz insan resurslarını yetişdirən, öz texnoloji infrastrukturunu quran və kritik texnologiyalarda müstəqil hərəkət imkanına sahib olan bir ölkəyə çevrilməyi hədəfləyir.

Türkiyə bu sahədəki beynəlxalq təcrübələrdən yararlanaraq öz tarixi irsinə, iqtisadi ehtiyaclarına, mədəni zənginliyinə və geosiyasi mövqeyinə uyğun, özünəməxsus bir süni intellekt modeli yaradır. Bu modelin mərkəzində yalnız texnoloji rəqabət deyil, həm də rəqəmsal müstəqillik, mədəni suverenlik, regional əməkdaşlıq və insanı ön planda tutan inkişaf anlayışı dayanmalıdır.

Türkcə böyük dil modelinin hazırlanması, Türk dünyasına yönəlmiş çoxdilli süni intellekt modelinin qurulması, məlumat mərkəzlərinin gücünün artırılması, yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsi proqramları və süni intellekt dəstəkli dövlət xidmətləri bu modelin əsas sütunlarını təşkil edir. Beləliklə, Türkiyə Qərb mərkəzli texnologiya sistemindən asılı qalmadan öz prioritetlərini müəyyən edən və dost ölkələrlə həmrəylik şəraitində fəaliyyət göstərən daha geniş texnoloji əməkdaşlıq vizyonunun əsasını qurur.

Türkiyə üçün vaxtlama niyə vacibdir?

Nəticə etibarilə, Tersane İstanbulda təqdim olunan baxış gecikmiş uyğunlaşma cəhdi deyil, əksinə, doğru zamanda atılmış strateji addımdır. Dünyada süni intellekt yarışının qaydaları hələ tam formalaşmayıb. Açıq mənbəli modellər, daha səmərəli arxitekturalar, məlumat suverenliyi və yeni əməkdaşlıq şəbəkələri sürətlə əhəmiyyət qazanır. Belə bir dövrdə Türkiyənin bu sahəyə kompleks və sistemli planla daxil olması olduqca məqsədə uyğundur.

Tersane İstanbulda verilən mesaj aydındır: Türkiyə süni intellekt dövründə sadəcə istifadəçi olmaq istəmir. O, öz məlumatlarını emal edən, öz dilini rəqəmsal mühitdə gücləndirən, öz mütəxəssislərini yetişdirən, öz texnoloji infrastrukturunu quran və strateji texnologiyalarda müstəqil hərəkət edə bilən bir ölkə olmağı qarşısına məqsəd qoyub. Bu hədəflər iddialıdır. Lakin tarixi dönüş nöqtələrində iddiasız qalmağın bədəli daha ağır olur.

 

Mənbə:Anadolu ajansı

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version