İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyə zəlzələdən dəyən ziyanı qiymətləndirməyə başlayır

Bu gün İstanbulda baş verən güclü zəlzələnin vurduğu zərərin qiymətləndirilməsi üçün Türkiyədə işlərə başlanılıb.

Gundelik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında məlumat verib.

Yeraltı təkanlar Mərmərə dənizinin Silivri bölgəsində baş verib, yeraltı təkanlar qonşu bölgələrdə də hiss olunub. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər qurumların mütəxəssisləri təbii fəlakətdən dərhal sonra dağıntıları təhlil etməyə başlayıblar.

Qeyd edək ki, bu gün İstanbulda ard-arda yeraltı təkanlar qeydə alınıb. Onlardan ən güclüsü 6,2 maqnitudalı olub.

Gundelik.az