ATV ekranlarında böyük maraqla izlənən “Günəşin Doğduğu Yer” serialının son bölümü Ceyhunun Leylaya etdiyi təkliflə yadda qalıb. Oğluna qovuşmaq istəyən Leylaya içi pulla dolu çanta gətirən Ceyhun kömək qarşılığında “Mənimlə bir gecə…” şərtini irəli sürüb. Həmin vaxt bağ evinə gələn Kenan da daxil olmaqla, hər kəs bu təklif qarşısında şoka düşüb.
Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, naş rollarda Burak Özçivit, Sibel Taşçıoğlu, Görkem Sevindik və Beyza Gülmücinin yer aldığı serialın üçüncü bölümünün final səhnəsi tamaşaçıların diqqətini çəkib.
“Mənimlə bir gecə…”
Oğluna qovuşmaq üçün mübarizə aparan Leyla heç gözləmədiyi vəziyyətlə üzləşib. Onun çarəsizliyindən istifadə edən Ceyhun gətirdiyi pulla dolu çantanı təqdim edərək kömək təklif edib. Lakin bu yardımın qarşılığında bir şərt irəli sürüb:
“Mənimlə bir gecə…”
Bu sözləri eşidən Leyla şoka düşərək donub qalıb. Elə həmin anda bağ evinə daxil olan Kenan da Ceyhunun etdiyi təklifin şahidi olub.
Bölüm üç obrazın böyük sarsıntı yaşadığı səhnə ilə yekunlaşıb. Bundan sonra Leylanın bu təklifə necə cavab verəcəyi və Kenanın Ceyhuna qarşı hansı addımı atacağı tamaşaçılarda maraq doğurub.
Yeni bölümün fraqmentində etiraf
Serialın yayımlanan dördüncü bölümünün fraqmentində isə gərginliyin daha da artdığı görünür. Ceyhunun qalmaqallı təklifindən sonra “Mən Leylaya aşiq olmuşam” deyərək hisslərini etiraf etməsi diqqət çəkib.
Ceyhunun bu etirafının uşaqlıq dostu Kenanla münasibətlərinə və aralarındakı tarazlığa necə təsir edəcəyi yeni bölümdə məlum olacaq.
Nuri
Gundelik.az
