İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Turizm şirkəti bağlanır

“Rumires Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.

Gundelik.az xəbər verir ki, bu barədə MMC özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1002 Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 61, mənzil 4 ünvanına bildirə bilərlər.

Sözügedən MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Nağıyeva Sürayədir.