İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tuapse dəniz limanına dronlar hücum etdi, ölən var

Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevin sözlərinə görə, Tuapse dəniz limanında böyük dron hücumu nəticəsində yanğın baş verib, nəticədə bir nəfər ölüb, digəri yaralanıb.

“Dünən gecə Tuapseyə daha bir böyük dron hücumu edilib. İlkin məlumata görə, dəniz limanında bir nəfər ölüb. Onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Başqa bir nəfər yaralanıb və bütün lazımi tibbi yardım göstərilir. (…) Dəniz limanında yanğın baş verib”, – deyə regional qubernator bazar ertəsi günü Max messenger tətbiqində yazıb.

Kondratyev həmçinin bildirib ki, dron qalıqları ibtidai məktəb, uşaq bağçası, muzey, kilsə və mənzil binası da daxil olmaqla bir neçə şəhər binasının pəncərələrinə zərər verib. Qaz borusu da zədələnib.

16 aprel gecəsi Tuapse dəniz limanındakı terminalda dron hücumundan sonra texnoloji avadanlıqlar yanıb. Hadisə yerində komanda mərkəzi yaradılıb və 157 nəfər və 49 texnika, o cümlədən Krasnodar diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən cəlb edilib. Yanğın 19 aprel bazar günü günortadan sonra söndürülüb.

Mənbə:İnterfax.ru

Tərtib etdi:Səid Mikayılzadə

Gundelik.az