Gundelik.az Dünya Trampla görüş Siyə çoxdan arzuladığı bir şeyi verir: Çin ABŞ-a bərabər dövlət kimi göstərilir
Dünya Xəbərlər

Trampla görüş Siyə çoxdan arzuladığı bir şeyi verir: Çin ABŞ-a bərabər dövlət kimi göstərilir

Bu gün Pekində Donal Trampı qarşılayan incəliklə hazırlanmış təmtəraq, tamaşaya olan sevgisi ilə tanınan Amerika prezidentini qarşılamaq üçün diqqətlə hazırlanmışdı. Lakin Pekin üçün optikanın başqa bir üsdülüyü də var: Çin ABŞ ilə bərabər güc kimi gösdərmək.

Çin uzun müddətdir ki, supergüc ambiasiyalarına malik olduğunu təkzib edir. Lakin aydındır ki, qlobal səhnədə əsas güc oyunçusu kimi görünmək və Amerika tərəfindən bərabərhüquqlu münasibət bəsləmək Çin lideri Sin Çinpinin məqsədidir.

Bu fikri ifadə etmək üçün Amerika prezidentinin Pekinə amerikanın ən güclü şirkətlərinin bir sıra baş direktrları ilə birlikdə gəlməsindən daha yaxşı bir yol varmı? Onların çoxu hazırki və gələcək uğurları üçün Çindən eyni dərəcədxə asılıdırlar.

Bu gün Si, Xalq Yığıncaqları Zalının qarşısında qırmızı xalçad Trampı qarşılama mərasimi üçün qarşıladığı zaman, Tesla şirkətinin rəhbəri Elon Mask və Appl şirkətinin rəhbəri Tim Kuk da daxil olmaqla bir sıra baş direktr möhtəşəm binanın pilləkənlərindən onlara baxarkən, optika məhz bu cür idi.

Bir neçə dəqiqə sonra, içəridəki uzun masada Si ilə üzbəüz oturan Tramp, Çin liderinə qrupun “sizə və Çinə hörmət etmək üçün” orda olduğunu söyləyərək, bu optikaları vurğuladı. O, həmkinin Sinin “böyük lider” kimi təriflədi.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az

Exit mobile version