ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında Birləşmiş Qərargah Rəisləri Komitəsinin Sədri Keyn haqqında yayılan xəbərlərə cavab verib. İranla müharibəyə qarşı olduğu iddia edilən Keynlə bağlı Tramp, “Sosial mediada General Keynin İranla müharibəyə qarşı olduğu barədə məlumatlar yayılır. Bu məlumatlar yalandır.” deyib.
Tramp İranla bağlı qərarın özünə aid olduğunu, ölkəyə hücum etmək qərarına gəlsə Keynin buna əməl edəcəyini və orduya çox yaxşı rəhbərlik edəcəyini bildirib. O, “General Keyn hamımız kimi müharibə görmək istəmir, lakin o, İrana qarşı hərbi qərar verilərsə, asanlıqla qalib olacağına inanır” şərhini verib.
ABŞ Prezidenti Tehran administrasiyasına da “Qərarı verən mənəm, razılaşmağa üsdünlük verərdim, amma razılaşma olmasa, o ölkə və çox təəssüf ki, xalqı üçün çox pis bir gün olacaq” dedi.
ABŞ-ın Birləşmiş Qərargah Komitəsinin sədri Keynin ABŞ prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatın uzunmüddətli münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi iddia edilir. Axios xəbər saytının müzakirələri ilə tanış olan iki mənbənin istinadən verdiyi məlumata görə, Keyn Trampa İrana hücumun əhəmiyyətli risklər daşıyacağını bildirib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN Türk
Gundelik.az

