İyul 8, 2026
Baku
Aktual Xəbərlər

Tramp və Putin Zelenskiyə qarşı ortaq mövqedədir – Amma reytinqlər nə deyir?

Gundelik.az xəbər verir ki,Ukrayna mövzusunda ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin nadir rast gəlinən şəkildə eyni fikirdədirlər: hər ikisi Ukraynanın hazırkı lideri Volodimir Zelenskiyə qarşı mənfi münasibət bəsləyir və onun getməsini istəyir.Tramp fevralın 19-da verdiyi açıqlamada Ukraynada seçkilərin keçirilmədiyini, hərbi vəziyyətin davam etdiyini və Zelenskinin reytinqinin cəmi 4 faiz olduğunu iddia edib:”Ukraynada seçki keçirilməyib, hərbi vəziyyət elan olunub. Deyim ki, bu xoş olmasa da, Zelenskinin reytinqi cəmi 4 faizdir,” – deyə Tramp bildirib.Beş gün sonra Putin də Trampın bu iddiasını dəstəklədi:“Zelenskinin neçə faiz reytinqə sahib olması əhəmiyyətli deyil – dörd ya da başqa bir rəqəm. Əsas odur ki, bizim məlumatlara görə onun reytinqi mümkün əsas rəqibi ilə müqayisədə iki dəfə azdır,” – deyə Putin söyləyib. O, Zelenskinin keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri olan Valeriy Zalujnını nəzərdə tutub.Lakin həm Tramp, həm də Putin Zelenskinin real reytinq göstəricilərini səhv təqdim ediblər.Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun sorğularına görə, Tramp ilə diplomatik gərginliklər Zelenskinin ölkədaxili populyarlığını artırıb – onun reytinqi 2023-cü ilin dekabrında 52 faiz idisə, 2024-cü ilin fevralında bu göstərici 57 faizə yüksəlib. Buna baxmayaraq, ukraynalıların 37 faizi ona etibar etmədiyini bildirir.

Gundelik.az