İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Tramp: Pilotu 21 qırıcı təyyarə ilə 7 saatda xilas etdik

ABŞ Prezidenti Tramp İran tərəfindən vurulan iki F-15 qırıcı təyyarəsinin ekipaj-larını xilas etmək əməliyyatının təfərrüatlarını paylaşdı. O, ümumilikdə 48 saat davam edən ilkin xilasetmə əməliyyatı zamanı aşağı hündürlükdə uçan 21 hərbi təyyarənin İran hava məkanına daxil olduğunu bildirdi.

Tramp İranın hava hücumundan müdafiə və radar sistemlərini “məhv etdiklərini” iddia etdi, lakin əlavə etdi ki, iranlılar hələ də Amerika təyyarələrini və helikopter-lərini çiyinlə atılan idarəolunan raketlərlə hədəf alırlar və bu baxımdan “şanslıdırlar”.

İran ərazisində qalan ABŞ qoşunlarını xilas etmək əməliyyatının son dərəcə çətin olduğunu vurğulayan Tramp bildirib ki, “Bu, riskli bir qərar idi, çünki bir və ya iki nəfərin əvəzinə 100 nəfərin ölümünə səbəb ola bilərdi. Bu, çətin bir qərar idi”.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az