ABŞ prezidenti Donald Tramp su təchizatı müqaviləsini pozduğuna görə Meksikaya 5% rüsum tətbiq edəcəyini açıqlayıb.
Gundelik.az xəbər verir ki, o, bu barədə “Truth Social-da məlumat verib.
“Hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suya çox ehtiyacı olan amerikalı fermerlərə qarşı son dərəcə ədalətsizlikdir. Ona görə də bu su dərhal verilməsə, Meksikaya 5% rüsum tətbiq etməyə icazə verən sənədlər hazırlamışam”, – deyə Tramp qeyd edib.

