ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar başlayacağı təqdirdə atəşkəsə zəmanət verməkdən imtina edib.
Gundelik.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
ABŞ-ın danışıqları irəli aparmaq üçün hücumlarını dayandırmağa hazır olub-olmayacağı sualına Tramp belə cavab verib: “Bilmirəm. Tələblərimizi yerinə yetirə biləcəklərmi? İndiyə qədər bunu edə bilməyiblər”.
Tramp əlavə edib ki, İran rəsmiləri ABŞ-la danışmaq istəyirlər. Lakin, Tramp ABŞ-la əlaqədə olan İran liderlərinin adlarını açıqlamayıb və danışıqların hansı mövzulara yönəldiyini izah etməyib.

