İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp İranla atəşkəsə zəmanət vermədi

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar başlayacağı təqdirdə atəşkəsə zəmanət verməkdən imtina edib.

Gundelik.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

ABŞ-ın danışıqları irəli aparmaq üçün hücumlarını dayandırmağa hazır olub-olmayacağı sualına Tramp belə cavab verib: “Bilmirəm. Tələblərimizi yerinə yetirə biləcəklərmi? İndiyə qədər bunu edə bilməyiblər”. 

Tramp əlavə edib ki, İran rəsmiləri ABŞ-la danışmaq istəyirlər. Lakin, Tramp ABŞ-la əlaqədə olan İran liderlərinin adlarını açıqlamayıb və danışıqların hansı mövzulara yönəldiyini izah etməyib.