Təsadüfi qarşılaşma ona 3 milyon qazandırdı
Sirli yad adamın məsləhətinə qulaq asdı, lotereyada 38 min dollar qazandı
ABŞ-də yaşayan qadın həyatında ilk dəfə lotereyada iştirak edərək 38 min dollar qazanıb.
Gundelik.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Qadın qohum və dostlarını ziyarət etmək üçün Texas ştatından Merilendə gəlib. Orada bir mağazaya daxil olarkən sirli bir şəxslə qarşılaşıb. Qadının sözlərinə görə, həmin şəxs yaxşı hisslər keçirdiyini deyərək ona lotereya bileti almağı məsləhət görüb.
Amerikalı qadın tanımadığı şəxsin məsləhətinə əməl edərək bilet alıb. Lakin bir müddət sonra aldığı bileti tamamilə unudub.
Bilet yenidən onun qarşısına Texasda çıxıb. Evə qayıtdıqdan sonra lotereya biletini yoxlayan qadın gözlənilmədən böyük məbləğ qazandığını öyrənib.
Qalib bildirib ki, udduğu pulu öz biznesini qurmaq üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl Malayziyanın Penanq ştatında yaşayan ər-arvadın falçının məsləhəti ilə lotereyada 8,1 milyon Malayziya rinqiti qazandığı bildirilmişdi. Ailə udduğu pulla borclarını ödəməyi və böyük səyahətə çıxmağı planlaşdırır.
Nuri
Gundelik.az