Azad edilmiş bu ərazilərə keçmiş məcburi köçkün ailələrinin köçürülməsinə 2,5 milyon manat ayrılıb (ÖZƏL)
Ağdam şəhərinə, eləcə də Qərvənd və Eyvazxanbəyli kəndlərinə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi üçün 2 milyon 543 min 796,8 manat dəyərində satınalma həyata keçirilir.
Gundelik.az xəbər verir ki, satınalmanın sifarişçisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, icraçısı isə “Yük Taksisi.az” MMC-dir.
Satınalma azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı prosesinin logistika təminatı ilə bağlıdır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.