Gələn ilin büdcə layihəsi MM-ə daxil oldu
Azərbaycanın 2027-ci il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub.
Gundelik.az xəbər verir ki, layihə gələn həftə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim olunacaq.
2027-ci il büdcə layihəsinin yalniz profil komitədə deyil, digər komitələrlə birgə müzakirəsi planlaşdırılır.
Müzakirələrin noyabrda başlaması, dekabrda tamamlanması gözlənilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Beləliklə, gələn ilin dövlət büdcəsi layihəsinin bu il daha geniş formatda müzakirəsi baş tutacaq.
Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnoz edilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.